İmişli icra başçısı informasiya agentliyini məhkəməyə verib

Müstəqil İnformasiya Agentliyi (MİA)  İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev tərəfindən məhkəməyə verilib. Bu barədə mia.az saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki,  icra başçısının məhkəməyə üz tutmasına səbəb “İcra başçısının 700 minlik borc qalmaqalı; Vilyam Hacıyev «Banditizm»də dindirilib” başlıqlı yazı http://www.mia.az/news/25731.html olub.

Bu barədə agentliyə Səbail Rayon Məhkəməsi tərəfindən bildiriş daxil olub. Bildirişə görə, icra başçısının iddia ərizəsi əsasında aprel ayının 24-də Səbail Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə hazırlıq iclası keçiriləcək. Vilyam Hacıyev agentlikdən rəsmi təkzib və 100 min manat təzminat tələb edir.

Previous Post

Hökumət vətəndaş cəmiyyətinə qarşı repressiyaya son qoymalıdır

Next Post

Azadlıq qəzetinin bank hesabına həbs qoyuldu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.