HARAŞTİ HÜQUQ-MÜHAFİZƏ ORQANLARINI JURNALİSTLƏRƏ QARŞI SAXTAKARLIQLARI DAYANDIRMAĞA ÇAĞIRIB

“Mən həm müstəqil medianın, həm də hökumət mediasının vəziyyətini ciddi narahatçılıq törədən vəziyyət kimi  qələmə verirəm”.

ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında çıxışını bu sözlərlə başladı. Haraşti Azərbaycanın media sahəsi ilə əlaqədar üç çağırışının olduğunu bildirib: “Birinci çağırışım KİV-ə, ikincisi hüquq mühafizə orqanlarına, üçüncüsü isə Azərbaycan hökumətinə aiddir”.
“Azərbaycanda səfərim zamanı gənc jurnalist, “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilə qarşı aparılan biabırçı olayın şahidi oldum. Həmin media  bu təbliğat xarakterli hadisəni efirə verməkdən çəkinməmiş və bunu efirlərdə işıqlandırmışdır. Hətta əks tərəfin öz fikirlərini ictimaiyyətə çatdırmağa belə imkan verməmişdir. Mən bunları işıqlandıran televiziyaları dayanmağa çağırıram. Və bunun bir neçə səbəbləri var. Birincisi bu qanuna ziddir, ikincisi isə qanunun aliliyi mövcud olan ölkədə belə hadisələr baş verməməlidir. Burada jurnalistin şəxsi toxunulmazlıq hüququ pozulub. Faktları sifarişlə çatdırmaqdansa, yoxlayıb çatdırmaq lazımdır”.   Haraşti daha sonra baş Prokuror Zakir Qaralovla və Aqil Xəlilin anası Xuraman Xəlilova ilə  görüşdüyünü bildirdi: “Qaralovla bu məsələlər və Elmar Hüseynovun qatilinin hələ də tapılmadığı barədə müzakirələr apardıq. Və o söylədi ki, Aqil Xəlillə bağlı videosüjetlər  televiziyalarda mənim razılığımla verilib. Jurnalistin anası ilə də bu məsələlər mövzusunda danışdıq. Və o, mənə İstintaq İdarəsinin baş müstəntiqi Əli Quliyevin Aqil Xəlilin qarşısına qoyduğu tələblər, bu tələblərin yerinə yetirilməyəcəyi təqdirdə onu biabır edən videosüjetin nümayiş etdiriləcəyi barədə danışdı”.
 “Mənim ikinci çağırışım dövlətin hüquq mühafizə orqanlarınadır. Onlar tənqidi jurnalistləri jurnalistikaya aid olmayan pozuntularla ittiham edir və onları həbs edirlər. Mən hüquq mühafizə orqanlarını jurnalistlərə qarşı təşkil olunan bu saxtakarlıqları dayandırmağa çağırıram. Əslində onların rolu jurnalistləri zorakılıqdan qorumaq və onlara kömək etməkdir. Kim bu işdə məsuliyyət daşıyırsa mən o şəxsləri məsuliyyətə çağırıram. Qaralovdan da xahiş etmişəm ki, bu işlə şəxsən özü məşğul olsun. Qondarma işin üstü açılsın. Xəlilova və valideynlərinin  qarşısına qoyulan üç şərt araşdırılsın, jurnalistin toxunulmazlıq hüququ bərpa edilsin. Və həmin hüquq mühafizə orqanlarına qarşı iş açılsın”.
“Üçüncüsü hökumətə müraciət edərək, prezidentdən həbsdə olan jurnalistləri azadlığa buraxmağı xahiş edirəm. Onlar layiq olmadıqları cəzanı çəkirlər. Qanunvericilikdə dəyişiklik etməyin vaxtıdır. Jurnalistlərin cinayət təqibi aradan qaldırılmalıdır. Mən ümid edirəm ki, Azərbaycan hökuməti bunun qarşısını tezliklə alacaq. Bu hadisələr dövlətin imicinə mənfi təsir göstərir. Mənim bu fikrimi Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev və Xarici İşlər naziri Elmar Məmmədyarov razılıqla qarşılayıblar. Onlarla görüşəndə də bu barədə danışmışıq. Bunların zərəri hökumətə daha çox təsir edir.

Previous Post

“AZADLIQ” QƏZETİNƏ QARŞI TƏXRİBATLAR DAVAM EDİR

Next Post

M. HARASZTI’S “CALLS” (part 1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.