“AZADLIQ” QƏZETİNƏ QARŞI TƏXRİBATLAR DAVAM EDİR

Dünən (08 aprel) bir sıra elektron poçt ünvanlarına, xüsusən Azərbaycanda fəaliyyət göstərən qəzetlərin, jurnalistlərin və jurnalist qurumlarının elektron ünvanlarına ”Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun adından məktub daxil olub.

Məktubda Azər Əhmədovun qəzetin əməkdaşı Aqil Xəlil  barədə telekanallarda gedən süjetlər barədə müsahibəsi verilib.
 Azər Əhmədov RATİ-nin əməkdaşı ilə söhbətində heç kimə heç bir müsahibə vermədiyini bildirdi. Əhmədovun sözlərinə görə, ““müsahibə”nin elə hissələri var ki, mən bu məsələlər barədə heç vaxt danışmamışam”. Əhmədov bunu  xüsusi xidmət orqanlarının “Azadlıq” qəzetinə qarşı növbəti təxribatı kimi qiymətləndirib və əlavə edib ki, bu tip materialların bundan sonra da yayılması mümkündür. 
RATİ-nin əməkdaşı ilə söhbətində Əhmədov vurğulayıb ki, bu təxribatlar digər istiqamətlərdə də davam edir. Belə ki, “Azadlıq” qəzetinin əməkdaşları izlənilir. “İzlənilən şəxslər qəzetin əməkdaşı Aqil Xəlilin bıçaqlanması və döyülməsi ilə bağlı İstintaq İdarəsində ifadə verən şəxslərdir. Onlar redaksiyadan çıxanda və yaxud redaksiyaya gələndə naməlum şəxslər tərəfindən  izlənilirlər”.

Previous Post

QƏZET YERLƏŞDİYİ BİNADAN ÇIXARILIR

Next Post

HARAŞTİ HÜQUQ-MÜHAFİZƏ ORQANLARINI JURNALİSTLƏRƏ QARŞI SAXTAKARLIQLARI DAYANDIRMAĞA ÇAĞIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.