“AZƏRBAYCAN ƏHALİSİ XARİCİ RADİOSTANSİYALAR VASİTƏSİLƏ XƏBƏRLƏR ALMAQ HÜQUQUNA MALİKDIR”

ATƏT-in media və söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Helsinki şəhərində görüşü olub.

Bu barədə APA informasiya agentliyi Helsinkidəki xüsusi müxbirinə istinadən məlumat yayıb. M.Haraşti görüşdə Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılması məsələsinin müzakirə olunduğunu jurnalistlərin diqqətinə çatdırıb. O, bildirib ki, bu məsələ onda ciddi narahatlıq doğurur:
“Bu qərar ölkədə fikir plüralizminə mənfi təsir göstərəcək. Buna görə də qanunvericiliyə dəyişiklik etmək lazımdır” – deyən ATƏT rəsmisi qeyd edib ki, Azərbaycan əhalisi bu radiostansiyalar vasitəsilə xəbərlər almaq hüququna malikdir.
“Məsələnin Azərbaycan-Böyük Britaniya, yaxud Azərbaycan-ABŞ münasibətlərinə necə təsir edəcəyi məni narahat etmir. Mən ATƏT-in prinsiplərini müdafiə edirəm. Elmar Məmmədyarov mənə söz verdi ki, bu məsələlərlə maraqlanacaq”- deyə, M. Haraşti əlavə edib.
            Haraşti həbsdə olan jurnalistlər Qənimət və Sakit Zahidovlara atalarının dəfn mərasimində iştirakına icazə verilməsi məsələsinə də toxunaraq, bunu insanpərvər addım kimi qiymətləndirib:
         “Ümidvaram ki, bu addımın ardınca jurnalistlər azadlığa buraxılacaq və bununla da Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı kədərli əhvalat başa çatacaq” .

Previous Post

FREEDOM HOUSE XARİCİ RADİOLARI BAĞLAMA PLANINI “GERİYƏ DOĞRU ƏSAS ADDIM” ADLANDIRIB

Next Post

Xarici radiostansiyaların bağlanmasına etiraz edən bir qrup yaradıcı gəncin keçirdiyi tədbir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.