FREEDOM HOUSE XARİCİ RADİOLARI BAĞLAMA PLANINI “GERİYƏ DOĞRU ƏSAS ADDIM” ADLANDIRIB

ABŞ Freedom House təşkilatı dünən (04 dekabr) verdiyi bəyanatda “Azadlıq,” BBC və “Amerikanın səsi” radiolarının yayımının dayandırılması üçün Azərbaycan hökumətinin planlarını “geriyə doğru əsas addım” kimi qiymətləndirib.

Bu təşkilat hesab edir ki, bu addım ölkənin onsuz da ağır vəziyyətdə olan mətbuat azadlığı üzrə vəziyyətinə ciddi zərbə olardı.

“Son beş ildə Freedom House Azərbaycanda mətbuat azadlığı ilə əlaqədar narahatedici tənəzzül qeydə almışdır. Ölkənin hakimiyyət nümayəndələri mətbuat azadlığını qorumaqda özlərini dünyada ən geridə qalan səviyyədə fərqləndirmişlər” – deyə, Freedom Housun İcraçı Direktoru Jennifer Vindsor bildirmişdir. “Azərbaycan Milli Teleradio Şurasının bu təklifi ölkəni beynəlxalq ictimaiyyətdən daha da uzaqlaşdırmaq riskinə malikdir.”

“Azadlıq,” BBC və “Amerikanın səsi” radiolarının yayımının qarşısını almaq  onsuz da inandırıcı, müstəqil informasiyanın olmamasından əziyyət çəkən bir mühitdə geriyə doğru nəhəng bir addım olardı,” deyə Freedom House təşkilatının Təhsil üzrə direktoru Kristofer Voker bildirmişdir. “Ölkənin davam etməkdə olan qeyri şəffaf və hesabatsız idarəetmə sisteminə görə korrupsiya genişləndikcə,  Azərbaycan cəmiyyəti daha da əziyyət çəkəcək.”

Bəyanatı tam şəkildə oxumaq üçün aşağıdakı sayta müraciət edə bilərsiniz:
 
http://www.freedomhouse.org/template.cfm?page=70&release=736.

Previous Post

HUMAN RAYTS HAUS “AZADLIQ” VƏ “AMERİKANIN SƏSİ” RADİOLARI İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN PREZİDENTİNƏ MƏKTUB GÖNDƏRİB

Next Post

“AZƏRBAYCAN ƏHALİSİ XARİCİ RADİOSTANSİYALAR VASİTƏSİLƏ XƏBƏRLƏR ALMAQ HÜQUQUNA MALİKDIR”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.