MƏHƏMMƏD ƏRSOY İQBAL AĞAZADƏNİN ONU HƏDƏLƏDİYİNİ BİLDİRİR

Bu gün (7 iyun) “Bizim Gündəm” qəzetinin baş redaktoru və “Ümid” partiyası Ali Məclisinin keçmiş katibi Məhəmməd Ərsoy Reportyorların Azadlıq və Təhıükəsizlik İnstitutunun (RATİ) Qaynar Xəttinə zəng vuraraq bildirib ki, millət vəkili

“Ümid” partiyasının sədri  İqbal Ağazadə onu evinə basqın edəcəyi ilə hədələyib. Dərhal jurnalistin evinə gedən RATİ əməkdaşlarına Məhəmməd Ərsoy bildirib ki, “Gündəm Xəbər” qəzetinin bu günkü sayında “Xural” qəzetinin redaksiyasından bir müddət öncə səsdinləyici qurğu tapılması və bundan sonra hədəf seçilməsi ilə bağlı açıqlama verib. Açıqlamada bir çox məsələlərə münasibət bildirən M.Ərsoy bu işin bir oyun olduğunu və bu prosesin başında dayananların birinin də İqbal Ağazadə olduğunu vurğulayıb. “Bu gün günorta saatlarında İqbal Ağazadə mobil telefonuma zəng edərək,  məni partiyanın qərargahına çağırdı. Mən gəlməkdən imtina etdim və evdə olduğumu bildirdim. O isə məni hədələyərək, haqq-hesab çəkmək üçün evimə gələcəyini bildirdi” – deyə M.Ərsoy qeyd etdi.
İqbal Ağazadə isə telefon vasitəsilə əlaqə saxlayan RATİ əməkdaşına bildirib ki, o, Məhəmməd Ərsoyu hədələməyib və onun evinə basqın edəcəyi ilə bağlı məlumat həqiqətə uyğun deyil.
Xatırladaq ki, Məhəmməd Ərsoyun “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya hədiyyə etdiyi saatın içindən səsdinləmə qurğusu çıxıb və bu hadisədən bir neçə gün sonra M.Ərsoy  “Ümid” partiyasından getməsi barədə bəyanatla çıxış edib.
Qeyd edək ki, 2007-ci ildən gündəlik qəzet kimi fəaliyyət göstərməyə başlamış “Bizim Gündəm” qəzeti 2008-ci ilin mart ayında nəşrini dayandırıb.

Previous Post

ARAZIN YENİ AÇILAN QOLUNUN İZİ İLƏ

Next Post

MTRŞ-YƏ QARŞI İDDİALAR ÜZRƏ MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.