MTRŞ-YƏ QARŞI İDDİALAR ÜZRƏ MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ DAVAM EDİR

Media Hüququ İnstitutu (MHİ) Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı informasiya sorğusunun cavablandırılmamasının qanunsuz hesab edilməsi ilə bağlı iddianın təmin edilməməsi barədə Səbail rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verib. İş hakim Tofiq Səmədovun icraatına verilib.

Qeyd edək ki, “Azad dalğalar” layihəsi çərçivəsində MHİ-nin MTRŞ-yə ünvanladığı sorğuda televiziya və radioların monitorinqinin hansı metodologiya üzrə aparıldığı soruşulub və bu monitorinqi tənzimləyən normativ hüquqi aktlar istənilib. MTRŞ informasiya sorğusunda qoyulan suallara tam cavab verməyib və bildirib ki, monitorinqin aparılması qanunvericiliklə tənzimlənir. Sorğuya tam cavab verilməməsi ilə bağlı Səbail rayon məhkəməsində qaldırılmış iddianın təmin edilməməsi barədə 02 fevral 2010-cu ildə qətnamə çıxarılıb.
“Azad dalğalar” layihəsi çərçivəsində 10 mart 2010-cu ildə MTRŞ-yə ünvanlanmış digər bir sorğuya cavab verilmədiyi üçün bu quruma qarşı daha bir iddia qaldırılıb. Azərbaycan Respublikasında televiziya və radio yayımı məqsədilə ayrılan tezliklərin siyahısı, televiziya və radio yayımı məqsədilə ayrılmış, hazırda istifadə olunan tezliklərin siyahısı və televiziya və radio yayımı məqsədilə ayrılmış, hazırda boş olan tezliklərin siyahısının təqdim olunması ilə bağlı ünvanlanmış sorğuya cavab olaraq MTRŞ bildirib ki, bu məlumatları şuranın saytından (www.ntrc.gov.az) əldə etmək olar.
 
Lakin həmin məlumatlar sözügedən saytda olmadığından, MHİ sorğuya cavabdan imtinanın qanunsuz hesab edilməsi və sorğuda göstərilən suallara tam və ətraflı cavab verilməsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə iddia qaldırıb. Səbail rayon məhkəməsinin hakimi Kəmalə Əmirxanova iddiaçı – MHİ-nin əməkdaşı Xalid Ağəliyevin şəxsiyyətini təsdiq edən sənədin iddia ərizəsinə əlavə olunmadığını əsas gətirərək, 22 aprel 2010-cu ildə ərizənin geri qaytarılması barədə qərardad çıxarmışdır. İddiaçı bu əsasın qanunvericilikdə nəzərdə tutulmadığını qeyd edərək, 17 may 2010-cu ildə Səbail rayon məhkəməsinə qərardaddan şikayət təqdim etmişdir.

Previous Post

MƏHƏMMƏD ƏRSOY İQBAL AĞAZADƏNİN ONU HƏDƏLƏDİYİNİ BİLDİRİR

Next Post

DAXİLİ İŞLƏR NAZİRLİYİ KÜTLƏVİ AKSİYALARA MÜLKİ GEYİMLİ POLİSLƏRİN CƏLB OLUNMASINI TƏSDİQLƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.