ZAHİDİN BAYILDA YAZDIĞI KİTABIN ƏLYAZMALARI HƏLƏ DƏ GERİ QAYTARILMAYIB

Həbsdə olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin (Zahidov) 1 saylı Bayıl İstintaq Təcridxanasında cəza çəkərkən yazmış olduğu kitabın əl yazmaları hələdə də ona qaytarılmayıb.

Bunu RATİ-yə jurnalistin həyat yoldaşı Ayəndə Mürsəliyeva dedi:
 “Bu günlərdə Qənimət Bayıl İstintaq Təcridxanasının rəisi Misir Əliyevə əlyazmaların geri qaytarılması tələbi ilə yazılı müraciət edəcək.  Əgər bundan sonra da əlyazmalar qaytarılmasa  məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyik”, – deyə qeyd edən Mürsəliyeva artıq vəkil Rəşid Hacılının bu işlə bağlı sənədləri məhkəməyə hazırlamaqda olduğunu da dedi. 
Xatırladaq ki, Azərbaycanın müasir tarixindən bəhs edən kitabın əlyazmalarını Bayıl İstintaq Təcridxanasının  rəisi Misir Əliyev oxumaq adı ilə müəllifdən alıb. Daha sonra isə o, əlyazmaları geri qaytarmayaraq kitabın Heydər Əliyev və İlham Əliyevin əleyhinə yazıldığını iddia edib və əlyazmaların Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası  Baş İdarəsinə verdiyini söyləmişdi.

Previous Post

YENİ İNTERNET QƏZET FƏALİYYƏTƏ BAŞLAYIR

Next Post

ANS “YENİ MÜSAVAT”İN 50 000 , QƏZETİN MÜXBİRİNİN İSƏ 10 000 AZN MƏBLƏĞİNDƏ CƏRİMƏLƏNMƏSİNİ İSTƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.