AVROPA ŞURASI AZƏRBAYCANDA KİV-İN VƏZİYYƏTİNİ DİQQƏTDƏ SAXLAYIR

Avropa Şurası insan hüquqları və hüquqi işlər katibliyinin proqram direktoru Franziska Klopfer ANS-ə verdiyi açıqlamasında bildirib ki, “Azərbaycanla əməkdaşlıq maraqlıdır, lakin, problemlər diqqətdən yayınmır.

Xüsusən jurnalistlərin həbsi bizi çox narahat edir. Bu məsələ ilə bağlı müzakirələr aparılır.  Problemlərin aradan qaldırılması üçün həm rəsmi Bakı, həm də Azərbaycanın vətəndaş cəmiyyəti tərəfindən səylər davam etdirilməlidir”. Ekspert onu da bildirib ki, “böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğvi də Avropa Şurası üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir”. Klopfer Avropa Şurasının KİV məsələləri üzrə ekspertlər qrupunun üzvüdür.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin press-relizində bildirilir ki, bu gün Avropa Şurasının ekspertlər qrupu şirkətin baş direktoru İsmayılov Ömərovla görüşüblər. Görüş zamanı Klopfer qeyd edib ki, təmsil etdiyi qurum və Avropa komissiyası tərəfindən həyata keçiriləcək və 2008-2009-cu illəri əhatə edəcək fəaliyyət planı hazırlanır. Görüşün əsas məqsədi bu fəaliyyət planında İTV ilə əməkdaşlıq istiqamətlərini müzakirə etmək olub. Bu il keçiriləcək prezident seçkilərinin işıqlandırılması ilə bağlı fikir mübadiləsi də aparılıb. Ömərov qeyd edib ki, seçki prosesində bütün tərəflərə tam bərabər şərait yaradılacaq.

Previous Post

• SENATORUN FİKRİNCƏ MEDİANIN DAXİLİ İMKANLARI GENİŞLƏNMƏLİDİR

Next Post

AZƏRBAYCANLA BAĞLI HESABAT AÇIQLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.