AZƏRBAYCANLA BAĞLI HESABAT AÇIQLANIB

Dünən Avropa Şurasının İnsan haqları üzrə ali komissarı Tomas Hammerberq Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatını açıqlayıb.

Avropa Şurasının yaydığı press-relizdə göstərilir ki, Hammerberq məhbuslarla rəftar, işgəncələrin verilməsi və siyasi motivlərlə jurnalistlərin və müxalifət nümayəndələrinin həbsi məsələləri də daxil olmaqla bir sıra qüsurlar qeydə alıb. Bu problemlərin həll olunması üçün Hammerberq polislə daha çox treninqlərin keçirilməsini tövsiyə edir.
    Konkret media sahəsi üzrə hesabatda qeyd olunur ki, “informasiya əldə etmək ciddi problemdir”. Ali komissar jurnalistlərin əfv edilməsini müsbət qiymətləndirsə də, digər jurnalistlərin azadlığa buraxılmamasından təəssüflənir. O diffamasiyanın dekriminallaşdırılmasını da tövsiyə edir.
    Hammerberq 2007-ci ilin sentyabrında faktların araşdırılması məqsədilə Azərbaycanda olub. O, səfər zamanı hökumət nümayəndələri və Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə, həmçinin həbs edilmiş jurnalist Eynulla Fətullayevlə görüşüb. Nümayəndə heyətinin digər üzvləri isə digər jurnalist Fərəməz Allahverdiyevlə görüşmüşdülər.

Previous Post

AVROPA ŞURASI AZƏRBAYCANDA KİV-İN VƏZİYYƏTİNİ DİQQƏTDƏ SAXLAYIR

Next Post

JURNALİSTLƏRİN İNFORMASİYA ƏLDƏ ETMƏSİ ÇƏTİNLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.