“MEDİA ETİKASI” KİTABININ TƏQDİMATI KEÇİRİLİB

Bu gün (21 noyabr) ATƏT-in media azadlığı üzrə nümayəndəsinin maliyyə dəstəyi ilə çap olunmuş “Media etikası” adlı kitabın təqdimat mərasi keçirildi.

Mərasimi açıq elan edən tanınmış tele-jurnalist Qulu Məhərrəmli bu kitabın yerli və xarici təcrübələri özündə birləşdirdiyini bildirdi. “Bu kitab yerli və beynəlxalq təcrübəni özündə birləşdirir. Kitab yerli və xarici müəlliflərin birgə yazdıqları birinci kitabdır”.

Kitabın ərsəyə gəlməsi barədə məlumat verən “Media Huququ İnstitutu”nun rəhbəri Rəşid Hacılı, görülmüş işi maddı baxımdan dəstəklədikləri üçün ATƏT-in media azadlığının ofisinə təşəkkür etdi.

Kitabın yazarlarından olan BDU-nun jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli isə bu kitabı yaşlı, orta və gənc jurnalistlər üçün sanballı vəsait hesab etdi.
    
Qeyd edək ki, kitab “Media Hüquqi İnstitutu”     tərəfindən hazırlanmışdır. Müəlliflər – Zeynal Məmmədli, Xalid Ağaliyev və T.Volekdir.

Previous Post

ELAN!

Next Post

20 noyabrda helak olmus jurnalistler

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.