NAZİM QULİYEVİN QOHUMLARI TƏQİB VƏ TƏZYİQƏ MƏRUZ QALDIQLARINI BİLDİRİRLƏR

 Bu gün (21 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində "İdeal" qəzetinin kollektivi və qəzetin təsisçisi Nazim Quliyevin ailə üzvləri mətbuat konfransı keçirməli idilər.

Amma təşkilatçılar mətbuat konfransına gəlmədilər və RATİ-yə zəng edən N.Quliyevin qardaşı Bəhruz Quliyev tədbirdə iştrak edən jurnalistlərin suallarını telefon vasitəsilə cavablandırdı.

 İlk öncə B.Quliyev tədbirə gəlməməyinin səbəbini onunla izah etdi ki, dünən qəzetin əməkdaşlarına mənəvi təzyiqlər edilib və onlara  evdən çıxmamaları tapşırılıb. B.Quliyev təzyiqin konkret kim tərəfindən olduğunu deməsə də, təzyiqin motivini açıqladı: “Əməkdaşlara deyilib ki, əgər mətbuat konfransı keçirsələr onları Nazim Quliyev başda olmaqla mütəşəkkil cinayətkar dəstə üzvü kimi  şəklində həbs edəcəklər”.

 Daha sonra B.Quliyev prezidentdə və KİV nümayəndələrinə müraciət etdi: “Mən bir vətəndaş kimi prezidentdə, birinci xanım Mehriban Əliyevaya və  KİV-lərə müraciət edirəm ki, bu cür haqsızlıqların qarşısı alınsın. Nazim haqqında seçilmiş həbs-qətimkan tədbiri əsasızdır. Çünki o, təsisçi kimi qəzetin yazı işlərinə qarışmır. Nazim Quliyevin ailəsi, bütün yaxınları təzyiq altındadır. Evimizə zəng edib bildiriblər ki, Nazimi öldürmüşük, digərlərini  də eyni aqibət gözləyir. Habelə  zəng edib  bildirirlər ki, siz onun yerini bilirsiniz. Bütün tanışlarımıza təzyiqlər olur. Bacım oğlu “banditizim-terrorizm” ittihami ilə saxlanılıb. Dünən axşam saatlarında azadlığa buraxılıb. Redaksiyanın mühafizəçisi də eyni ittihamla  saxlanılıb. Bunlardan başqa  da bir neçə yaxın qohumum saxlanılıb”.
 
Habelə, B.Quliyev onu da bildirdi ki, təzyiqlərin nəticəsi olaraq artıq “İdeal” qəzeti də nəşrini dayandırıb.

Xatırladaq ki, noyabrın 14-də “İdeal” qəzetinin baş redaktoru Əli Həsənov Nəsimi rayon Məhkəməsinidə hakim Elmar Kərimovun sədrliyi ilə Səbirə Mahmudovanın “İdeal” qəzetinin baş redaktoru Əli Həsənov və qəzetin təsisçisi Nazim Quliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia (http://www.irfs.az/content/view/1493/28/lang,az/) üzrə kemirilən məhkəmə prosesi zamanı 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasina məhkum edilib

Qəzetin təsisçisi Nazim Quliyev haqqında isə noyabrın 1-də Nəsimi rayon Məhkəməsi tərəfindən həbs qəti-imkan tədbiri seçilib, haqqında axtarış élan olunub.

Previous Post

“MEDİA ETİKASI” KİTABININ TƏQDİMATI KEÇİRİLİB

Next Post

JURNALİSTİN EVİNƏ BASQIN EDƏN ŞƏXSİ SƏRBƏST BURAXAN POLİS, İNDİ DƏ HƏMİN ŞƏSXİ TAPA BİLMƏDİYİNİ DEYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.