“TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA” VƏ “KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ HAQQINDA” QANUNLARA DƏYİŞİK

Bu gün Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının iclasında “Televiziya və radio yayımı haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” qanunlara düzəlişlər layihələri müzakirə edilib.

Bu barədə məlumatı Turan İnformasiya Agentliyinə  Komissiyanın sədri deputat Nizami Cəfərov verib. Onun sözlərinə görə , “Televiziya və radio yayımı haqqında” qanuna ediləcək dəyişikliklər özəl yayımçı, teleradio yayımı sahəsində dövlətin əsas funksiyaları və vəzifələri, xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xitam verilməsi maddələrinə aiddir. Qanunu pozan teleradioların yayımının müvəqqəti dayandırılması və sonra məhkəməyə müraciət edilməsi ilə bağlı sənəddə dəqiqləşdirmələr aparılıb. 
    Eyni zamanda, xarici yayımçılara icazə ilə Azərbaycandakı mühüm əhəmiyyətli tədbirləri (məsələn idman yarışları, seçkilər və b.) canlı yaymaq hüququ qanuna daxil ediləcək. 
    Cəzalandırılmış televiziya və radioların yzərinə bununla bağlı öz efirlərində məlumat verməsi öhdəliyi qoyan norma nəzərdə tutulub. Həmçinin, televiziya və radioda 1 efir saatı ərzində 12 dəqiqədən artıq reklam yayılmasının məhdudlaşdırılması nəzərdə tutulub. 
    Komissiya sədrinin dediyinə görə, yeni dəyişikliklər Qanunda mövcud olan boşluqları aradan qaldıracaq və onun beynəlxalq standartlara uyğunluğunu təmin edəcək. 
    İclasda “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklərin edilməsi məsələsinə gəlincə, bu dəyişikliklər kütləvi informasiya vasitələrinin istehsalının, yayımının dayandırılması və ya xitam verilməsi qaydalarının dəyişdirilməsini nəzərdə tutur. “Bu dəyişiklərə görə, baş redaktorlar ali təhsilli olmalı, əcnəbi vətəndaş olmamalıdır. Çap mətbuatının zəruri nüsxələri Mətbuat Şurasının müəyyənləşdirdiyi mühüm ünvanlara məcburi göndərilməlidir”, – deyə komissiya sədri qeyd edib.
Previous Post

MAHAL İSMAYILOĞLU YENİDƏN POLİSƏ ÇAĞIRILIB

Next Post

Referendumla bağlı Vətəndaş Forumu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.