MAHAL İSMAYILOĞLU YENİDƏN POLİSƏ ÇAĞIRILIB

Bu gün (20 fevral) “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin köşə yazarı, “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğlu yenidən Abşeron Rayonu Polis İdarəsinə (RPİ) çağırılıb. Bu xəbəri jurnalistin bu gün (20 fevral) keçirdiyi mətbuat konfransında “Media Hüquqları İnstitutu” nun vəkili Elçin Sadıqov verib. Vəkil  jurnalistin polisə çağırılması səbəbini, ona qarşı açılmış cinayət işinin istintaqının yekunlaşması ilə izah etdib.

Mətbuat konfransında daha sonra çıxış edən M. İsmayıloğlu bildirib ki, xəstəxanada olarkən onu müalicə edən həkimlər həyat yoldaşı və oğlundan səhhətinə görə məsuliyyəti üzərilərinə götürməmələrinə dair yazılı iltizam alıblar. Lakin jurnalistin ailə üzvləri bu iltizama imza atarkən sənədin nə barədə olduğundan xəbərləri olmayıb. 
M. İsmayıloğlu eyni zamanda onu da vurğulayıb ki,  bütün bu baş verənlər onun bir jurnalist kimi peşə fəaliyyətinə qarşı yönəlib.  O, bildirib ki, ona qarşı olan təzyiqlərin səbəbi hakimiyyətin ünvanına yazmış tənqidi yazılarıdır: “Bir daha bildirirəm ki, mənim heç bir günahım yoxdur və mənə qarşı yönələn ittihamlar da uydurmadan başqa bir şey deyil”.
     Qeyd edək ki, İsmayıloğlu fevral ayının 14-də, ona qarşı 8 ay əvvəl açılmış cinayət işinin istintaqı ilə əlaqədar Abşeron Rayon Polis İdarəsinə çağırılmış və barəsində ölkəni tərk etməmək haqqında qətimkan tədbiri seçilmişdir. Köşə yazarı polis idarəsində ona qarşı irəli sürülmüş saxta ittihamlarla tanış olarkən özünü pis hiss etmiş və huşunu itirərək yerə yıxılmışdır. Təcili tibbi yardım vasitəsilə Mərkəzi Tibbi Klinikaya yerləşdirilən M. İsmayıloğlunun növbəti dəfə infarkt keçirdiyi məlum olmuşdur.
     Xatırladaq ki, M. İsmayıloğlu bağ qonşusu, polis məmuru olan Vahid İmanovun evində qulluqçu olan Nəsibə Səfərovaya qarşı fiziki və mənəvi ziyan vurmaqda təqsirli bilinir. İş Cinayət Məcəlləsinin 221.3 (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə araşdırılır.
Previous Post

“SÖZ AZADLIĞININ VƏ JURNALİSTLƏRİN MÜDAFİƏSİNƏ YARDIM FONDU” JURNALİSTLƏRƏ MADDİ YARDIM EDİB

Next Post

“TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA” VƏ “KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ HAQQINDA” QANUNLARA DƏYİŞİK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.