Jurnalistin məhkəməsində media nümayəndələrinə təzyiq edilib

594A3954-AD8F-49FE-9AF0-0CC9A6EC4ADA_mw800_s

Aprelin 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə növbəti qapalı   məhkəmə iclası keçirilib. Prosesdən sonra Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) müsahibə verən baş redaktorun vəkili Xalid Bağırov bu gün olan prosesdə məhkəmə istintaqının CM-nin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə davam etdiyini bildirdi.

“Bu iş üzrə şahidlərin dindirilməsi başa çatdırıldı. İşdə olan digər sübutlar, ekspertiza rəylərinin araşdırılması davam etdirildi. Məhkəmədə iş üzrə kompüter texniki və linqvistik ekspertizanın rəyləri elan elədi. Müdafiə tərəfi olaraq həmin ekspertlərin məhkəmədə dindirilməsi üçün vəsatət qaldırdıq. Hakim vəsatəti təmin etdi və İlhamə Quliyeva, Almaz Bayramova və Məmməd Ramazanov məhkəməyə dəvət edilməsini qərara aldı.  Növbəti məhkəmə 17 aprel saat 10:30-a təyin edildi”, deyən  -vəkil məhkəmənin  qapalı olacağını da qeyd etdi.

Qeyd edək ki, qapalı keçirilən məhkəmə prosesindən sonra Hilal Məmmədovun vəkili Xalid Bağırovdan müsahibə alan RATİ-nin və  “Turan” informasiya agentliyinin əməkdaşlarına özünü təqdim etməyən məhkəmə nəzarətçisi tərəfindən təzyiq edilib, jurnalistlərin peşə fəaliyyətlərini həyata keçirməklərinə mane olunub. Belə ki, məhkəmə nəzarətçisi həm jurnalistləri, həm də Xalid Bağırovu məhkəmənin qabağından uzaqlaşdıraraq, burada çəkiliş və müsahibənin qadağan olduğunu deyib. Vəkil də məhkəmə nəzarətçisi tərəfindən kobudluğa məruz qalaraq təhqir edilib.

Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

Previous Post

Məhkəmə jurnalistin iddiasını geri qaytarıb

Next Post

“ATV İnternational” televiziyasını ARDNŞ alıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.