Məhkəmə jurnalistin iddiasını geri qaytarıb

elmin11

Yasamal Rayon Məhkəməsi Elitar.Az saytının təsisçisi, jurnalist Elmin Bədəlovun Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna (KİVDF) qarşı qaldırdığı iddianı geri qaytarıb. Bu barədə  Reportyorların Azadlıq Təhlükəsizlik İnstitutuna (RATİ) E. Bədəlov məlumat verib.

Jurnalistin sözlərinə görə, hakim Fuad Talışinski  qəbul etdiyi qərardadda iddiaçının şəxsiyyətini müəyyən edən sənədin işə əlavə olunmadığını əsas gətirib.

“Qanunvericilikdə belə bir sənədin işə daxil olunması nəzərdə tutulmayıb. Buna baxmayaraq vəkillər tələb olunan sənədləri işə əlavə edərək yenidən məhkəməyə göndəriblər.” –deyə jurnalist qeyd edib.

Xatırladaq ki, Elmin Bədəlov apardığı jurnalist araşdırmaları ilə əlaqədar KİVDF-yə iki informasiya sorğusu göndərib. Lakin bu qurum sorğuya cavab verməkdən imtina edib. Buna görə də jurnalist “İnformasiya sorğusuna cavab verməkdən imtina edilməsinin qanunsuz hesab edilməsi, informasiya sorğusundakı məlumatların cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Jurnalist sorğusunda qurumun maliyyə məsələləri ilə bağlı suallara cavab verilməsini tələb edib.

Previous Post

DİN jurnalistin işini araşdıracağını bildirir

Next Post

Jurnalistin məhkəməsində media nümayəndələrinə təzyiq edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.