MEDİA HÜQUQU İNSTİTUTU DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ MÜRACİƏT EDİB

Bu gün (29 aprel) Media Hüququ İnstitutu (MHİ) dünən polis mayorunun ofisə gələrək əməkdaşların şəxsi məlumatları ilə maraqlanması barədə Daxili İşlər Nazirliyinə müraciət edib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) MHİ-nin proqram koordinatoru Xalid Ağəliyev məlumat verib. O, bildirib ki, bu gün edilən müraciətdə məsələnin araşdırılması istənilib.
Xatırladaq ki, dünən (28 aprel) MHİ-nin ofisinə gələn polis mayoru Ş.Kərimov təşkilatın əməkdaşları ilə bağlı məlumat almaq istəyib. Həmin vaxt ofisdə olan MHİ-nin proqram koordinatoru Xalid Ağəliyev isə bu məlumatları verməkdən imtina edib. Polis mayoru daha sonra bildirib ki, rəis  ofisin eyvanında asılmış Azərbaycan və Türkiyə bayraqlarının yığışdırılmasına göstəriş verib. Lakin X.Ağəliyev bu göstərişin əsassız olduğunu dedikdən sonra polis mayoru ofisi tərk edib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məsələni araşdırmaq üçün Nəsimi Rayon Polis İdarəsinin mayoru Şahin Kərimovdan münasibət öyrənib. Ş.Kərimov bildirib ki, dünən Media Hüququ İnstitutunun (MHİ) ofisinə sadəcə maraqlanmaq üçün gedib. Həmin ərazinin sahə müvəkkili olduğunu deyən Ş.Kərimov bildirdi ki, ərazidə yerləşən bütün obyektlərlə maraqlanaraq, öz kitabına qeyd edir. “Burada başqa məqsəd axtarmağa və narahat olmağa dəyməz. Bu qeydiyyatı onların təhlükəsizliyi üçün edirik” – deyə sahə müvəkkili əvvəlcə rəisin göstərişi ilə getdiyini desə də, sonradan bunu inkar etdi və bu işin öz təşəbbüsü olduğunu dedi. “Bu məlumatlar yalnız mənim özüm üçündür və heç kim barəsində heç yerə də məlumat vermirəm. Sadəcə özümə lazım ola bilər deyə, qeydiyyat aparıram” – deyə polis mayoru vurğulayıb. “Bəs ofisin eyvanından asılmış bayraqların yığışdırılması barədə göstərişi kim verib” –  sualına da sahə müvəkkili dolaşıq cavablar verib. O, gah rəisin göstəriş verdiyini, gah da bayrağın yaxşı görünmədiyini söylədi.
Qeyd edək ki, Qeyri Hökumət Təşkilatı olan MHİ medianın və jurnalistlərin hüquqlarnın müdafiəsi ilə məşğul olur.

Previous Post

BEYNƏLXALQ TƏŞKİLATLAR ETİRAZ AKSİYALARINDA ZORAKILIĞI PİSLƏYİBLƏR

Next Post

GƏNC BLOQÇULARIN VƏKİLLƏRİ KASSASİYA ŞİKAYƏTİ VERİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.