MEDİA HÜQUQU İNSTİTUTU BƏYANAT YAYIB

Media Hüququ İnstitutu (MHİ) media qanunvericiliyinə hazırlanan əlavə və dəyişikliklərə etiraz edən bəyanat yayıb. Bəyanatda “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlara əlavə və dəyişikliklər barədə qanunvericilik təklifinin olduğu barədə Millət vəkili Pənah Hüseynin verdiyi məlumatlardan narahatlıq ifadə olunub.

Qeyd edək ki, “KİV haqqında” qanunun 60-cı maddəsinə təklif edilən əlavə bundan ibarətdir: “əməliyyat-axtarış halları istisna olmaqla digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq, KİV nümayəndələri tərəfindən izlənilməsi, video və fotoçəkilişinin, səs yazısının aparılması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.
MHİ belə dəyişikliyin qəbul edilməsinin jurnalistlərin məlumat toplamaq və yaymaq azadlığına heç nə ilə bəraətləndirilə bilməyən ağır zərbə vuracağını düşünür. “Jurnalist fəaliyyəti təkcə onlara dövlət qurumlarının, rəsmilərinin, ayrı-ayrı şəxslərin könüllü verdikləri məlumatları yaymaqla məhdudlaşdırıla bilməz. Jurnalistin məlumat toplamaq hüququ sadəcə gözlə müşahidə etməklə də məhdudlaşdırıla bilməz. Araşdırma aparan jurnalist nəinki hər hansı şəxsi izləmək haqqına, eləcə də hər hansı məlumatları texniki vasitələrdən istifadə etməklə dinləmək və yazmaq haqqına sahib olmalıdır. Demokratik toplumda jurnalistin üzərinə düşən vəzifə, jurnalist fəaliyyətinin cəmiyyətə gətirdiyi fayda ayrı-ayrı dövlət qurumlarının yerinə yetirdikləri vəzifələrdən az önəmli sayıla bilməz.“
MHİ belə dəyişikliyin Konstitusiyanın 47-ci və 50-ci maddələri ilə yanaşı Avropa İnsan Haqları Kon¬vensiyasının 10-cu maddəsinə zidd, ifadə azadlığına qeyri-adekvat müdaxilə olduğunu bil¬di¬rir. MHİ parlamenti bu qanun layihələrinin ictimai müzakirələrdən keçirilməsi üçün imkanlar yaratmağa və ifadə azadlığına zərər vuran müddəaları təkliflər layihəsindən çıxarmağa çağırır.

Previous Post

HƏBSDƏ OLAN JURNALİSTLƏR ÜÇÜN İMZATOPLAMA KAMPANİYASINA START VERİLDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.