MEDİA HÜQUQU İNSTİTUTUNUN TƏLİM KEÇİRİLMƏSİNƏ İCAZƏ VERİLMƏDİ

Gəncə şəhər İcra Hakimiyyəti Media Hüququ İnstitutuna (MHİ) jurnalistlər üçün treninq keçirməyə icazə verməyib.

Bu barədə bu gün (24 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) MHİ-nin proqram koordinatoru Xalid Ağaliyev məlumat verib.

X. Ağaliyevin sözlərinə görə, MHİ oktyabrın 22-də Gəncədə jurnalistlər üçün mediada peşəkarlığın, informasiya əldə etmə vərdişlərinin artırılması ilə bağlı treninq keçirməli idi:

“Oktyabrın 21-də MHİ-yə bildirdilər ki, treninqlə bağlı şəhərin icra hakimiyyətinə məlumat verilməlidir. Biz də məktub göndərərək treninqlə bağlı  İH- nı məlumatlandırdıq.  Gəncə İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsindən Ruslan Qardaşov adlı şəxs MHİ-yə tədbirin təxirə salınmasını və şəhər İH-nin rəhbərliyi Gəncədə belə treninqin keçirilməsini məqsədəuyğun hesab etmədiklərini əsas gətirdilər. MHİ rəhbərliyi yaranmış vəziyyətlə bağlı Prezident Administrasiyasına müraciət etsə də, bunun bir nəticəsi olmayıb” deyə  proqram koordinatoru Xalid Ağaliyev bildirdi.

 

Previous Post

RATİ-NİN SƏDRİ EMİN HÜSEYNOV İLƏ MÜSAHİBƏ

Next Post

İNTERNETDƏ PLÜRALİZM VƏ İNTERNETİN İDARƏ EDİLMƏSİ MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.