İNTERNETDƏ PLÜRALİZM VƏ İNTERNETİN İDARƏ EDİLMƏSİ MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

Oktyabrın 20 -21-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Cənubi Qafqazda ifadə və internet azadlığı mövzusunda beynəlxalq konfrans keçirilib.

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycan, Gürcüstan və Ermənistandan hökumət, QHT və KİV nümayəndələri iştirak ediblər.

Oktyabrın 20-də tədbiri ATƏT-in  KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç giriş sözü ilə açaraq, bütün konfrans iştirakçıları salamlayıb və iki gün ərzində davam edən konfransın işində hər kəsə uğurlar arzu edib.

Daha sonra  tədbir ATƏT-in KİV azadlığı Bürosunun təmsilçisi Andrey Rixder-in moderatorluğu ilə davam edib. İlk məruzə ilə  Türkiyənin  “Bilgi” Universitetinin prorektoru Yaman Akdenizin çıxış edib.  O  internetin plüralizmin inkişafında rolu, beynəlxalq standartlar və praktikadan danışıb. O  “ATƏT regionunda internetin idarə olunmasında  problemlər və qabaqcıl təcrübə” mövzusunda məruzə edib. O ATƏT-in KİV azadlığı üzrə Bürosunun region üzrə internetdə sərbəst ifadə azadlığın duruna dair  2011-ci ilin ilk yarısını əhatə edən hesabata da nəzər salıb və bu sahədə xeyli problemlərin olduğunu vurğulayıb.

Sonra “İnternet  Watch Foundation”un rəhbəri   Salamon İv  “Özünüidarəetmə orqanlarının internetdə plüralizmin inkişafında rolu” mövzusunda məruzə edib. O rəhbəri olduğu fondun təcrübəsindən və bunun internetdə  plüralizmin inkişafına müsbət təsirlərindən söz açdı.

 Eyni zamanda internetin çap mediasına təsiri də konfransda müzakirə olundu. “Qardian” qəzetinin veb-səhifəsinin rəhbəri Georgina Henri məhz bu təcrübədən danışdı.

            Sessiyanın ikinci hissəsində isə Cənubi Qafqaz ölkələrində internetin idarə olunmağına dair vəziyyət təhlil olundu. Hər üç Cənubi Qafqaz ölkəsinin ekspertləri öz ölkələrindəki durumla bağlı məlumat verdilər və yaranmış sualları cavablandırdılar.

            Konfransın ikinci günü isə Cənubi Qafqaz ölkələrində KİV və ifadə azadlığının durunmu müzakirə edildi.  İlk olaraq “Gürcüstanda ifadə azadlığının durumu haqqında rəy: əhalinin qiymətləndirməsi və gerçəkliklər” mövzusunda Avrasiya Əməkdaşlıq  Fondunun nümayəndəsi Tamara Zuarbişvili çıxış edib.

Daha sonra “Azərbaycanda ifadə azadlığının durumu haqqında rəy: internet axırıncı azadlıq adası rolunda” mövzusunda məruzə ilə reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov çıxış edib.

Sonda isə “İnternyus”un Ermənistandakı nümayəndəliyinin təmsilçisi Nune Sarkisyan “Erməni mediası: zamanlararası zamanda” mövzusunda məruzə edib.

Qeyd edək ki, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin təşəbbüsü ilə Cənubi Qafqaz ölkələri üçün sözügedən tədbir hər ilin oktyabrında keçirilir.

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTUNUN TƏLİM KEÇİRİLMƏSİNƏ İCAZƏ VERİLMƏDİ

Next Post

SOSİAL ŞƏBƏKƏLƏRDƏ FƏALLIQ EDƏN NAXÇIVANLI GƏNC YOXA ÇIXIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.