“MEDİAFORUM” SAYTININ ƏMƏKDAŞININ FOTOAPARATI QAYTARILIB

“Mediaforum” saytının əməkdaşı Erkin Xəlilovun Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqın iyulun 3-də “Elmlər Akademiyası” metrostansiyasının qarşısında keçirdiyi aksiyada polis olduğu ehtimal olunan  mülki geyimli şəxslər tərəfindən əlindən alınmış fotoaparatı jurnalistə geri qaytarılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) “Mediaforum” saytının redaktor müavini Hikmət Sabiroğlu məlumat verib. O bildirib ki, etdikləri müraciətə əsasən məsələ Yasamal rayon polis idarəsində araşdırılıb və dünən (05 iyul) günün sonunda fotoaparat Erkin Xəlilova qaytarılıb. O əlavə edib ki,  fotoaparatı jurnalistin əlindən almış mülki geyimli şəxsin kimliyi barədə polis tərəfindən heç bir məlumat verilməyib.

Qeyd edək ki, Erkin Xəlilov aksiyada mülki geyimli şəxslər tərəfindən zorla fotoaparatının alındığını və jurnalist vəsiqəsinin cırıldığını bildirmişdi. O həmçinin qeyd etmişdi ki, jurnalistlərə və Yasamal rayon polis idarəsinin rəisinə yaxınlaşaraq  bu barədə məlumat vermək istəyərkən, onu zorla sürüyərək avtobusa mindirərək ərazidən uzaqlaşdırdıqdan sonra sərbəst buraxıblar.

 

Previous Post

AZƏRBAYCAN UZUNÖMÜRLÜLƏR ÖLKƏSİ SAYILMIR

Next Post

EYNULLA FƏTULLAYEVƏ 2 İL 6 AY AZADLIQDAN MƏHRUMETMƏ CƏZASI VERİLMƏSİ BARƏDƏ HÖKM OXUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.