“MEDİAFORUM” SAYTININ ƏMƏKDAŞININ FOTOAPARATI HƏLƏ DƏ TAPILMAYIB

“Mediaforum” saytının əməkdaşı Erkin Xəlilovun Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqın iyulun 3-də “Elmlər Akademiyası” metrostansiyasının qarşısında keçirdiyi aksiyada

polis olduğu ehtimal olunan  mülki geyimli şəxslər tərəfindən əlindən alınmış fotoaparatı hələ də geri qaytarılmayıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) “Mediaforum” saytının redaktor müavini Hikmət Sabiroğlu məlumat verib. O bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib və Yasamal rayon polis idarəsində araşdırma aparılır.  

 

Qeyd edək ki, Erkin Xəlilov aksiyada mülki geyimli şəxslər tərəfindən zorla fotoaparatının alındığını və jurnalist vəsiqəsinin cırıldığını bildirmişdi. O həmçinin qeyd etmişdi ki, jurnalistlərə və Yasamal rayon polis idarəsinin rəisinə yaxınlaşaraq  bu barədə məlumat vermək istəyərkən, onu zorla sürüyərək avtobusa mindirərək ərazidən uzaqlaşdırdıqdan sonra sərbəst buraxıblar.

 

Previous Post

HİLARİ KLİNTON BAKIDA GƏNC FƏALLARLA GÖRÜŞDÜ

Next Post

EMİN MİLLİ CƏZA ÇƏKDİYİ MÜƏSSİSƏYƏ QAYIDIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.