EMİN MİLLİ CƏZA ÇƏKDİYİ MÜƏSSİSƏYƏ QAYIDIB

Gənc bloqçu Emin Milli (Abdullayev) bu gün (5 iyul)  günorta saatlarında cəza çəkdiyi 5 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bloqçunun anası Natella Abdullayeva məlumat verib.

Qeyd edək ki, Emin Milliyə (Abdullayev) atası Paşa Abdullayevin vəfatı ilə əlaqədar olar həbsxanadan 3 gün müddətinə icazə verilsə də, sonradan bu müddət 5 günə qədər uzadılmışdı.

 

N.Abdullayeva onu da bildirib ki, Emin Milli günahsız yerə cəza çəkdiyi üçün əfv olunması üçün müraciət etməyəcək:

“Emin heç bir cinayət etmədiyi üçün əfv edilmək barədə müraciət etməyi əsassız hesab edirik. Buna baxmayaraq, mən yenə də onun azadlığa buraxılacağına ümid edirəm”.

 

Digər gənc bloqçu Adnan Hacızadənin atası Hikmət Hacızadə də  RATİ-yə deyib ki, Adnanın əfvlə bağlı müraciət etmək fikri yoxdur.

 

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

 

Previous Post

“MEDİAFORUM” SAYTININ ƏMƏKDAŞININ FOTOAPARATI HƏLƏ DƏ TAPILMAYIB

Next Post

VƏKİLƏ QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİAYA ƏSASƏN HAZIRLIQ İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.