“Mediaforum” xəbər saytı ikihəftəlik fasilədən sonra fevralın 22-də fəaliyyətini bərpa edib.
Xatırladaq ki, fevralın 9-da “Media forum”un redaksiyası yerləşən binada (Bakı, Həsən bəy Zərdabi prospekti, 71 A) baş verən yanğın zamanı bütün elektrik və telefon xətləri sıradan çıxdığından saytın fəaliyyəti tam dayanmışdı.