PİTER SEMNEBİ PREZİDENT İLHAM ƏLİYEVLƏ GÖRÜŞÜB

Bakıda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün (24 fevral) Prezident İlham Əliyevlə görüşüb.

Azadlıq  radiosunun “AzərTAc”a istinadən yaydığı məlumata görə, görüşdə Azərbaycanın Avropa Birliyi ilə əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlıq, regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Semnebi görüşdən əvvəl “Azadlıq” Radiosuna müsahibəsində bildirmişdi ki ki, Bakıda görüşlərdə əvvəllər olduğu kimi bu dəfə də insan hüquqlarının, media azadlığının vəziyyəti müzakirə olunacaq. O əlavə edib ki, həbsdə olan bloqçuların vəziyyəti də onların gündəliyində ilk sıralardan birindədir.
Previous Post

“MEDİAFORUM” SAYTI FƏALİYYƏTİNİ BƏRPA EDİB

Next Post

MİLLƏT VƏKİLİ JURNALİSTLƏRİN HƏBS OLUNMASINDA İSRARLIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.