“DÜŞÜNCƏ FABRİKASI” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TOPLANTI KEÇİRİLİB

Bu gün (17 dekabr) İnsan Hüquqları Evində Sülh və Demokratiya İnstitutunun "Düşüncə fabrikası" layihəsi çərçivəsində qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin toplantısı keçirilib. Toplantıda söz azadlığı, insan hüquqlarının  vəziyyəti və bələdiyyə seçkiləri ilə bağlı müzakirələr aparıldı, təkliflər səsləndirildi. 

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus təklif etdi ki, Demokratiya Milli Dəstək Fondu (NED) ilə  əməkdaşlıq edən bütün təşkilatlar birlikdə hesabat hazırlasınlar.
"Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov çıxışında regional qəzetlərə olunan təzyiqlərdən danışdı.
"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev mətbuatın hazırkı vəziyyəti ilə bağlı çıxışında bildirdi ki, Azərbaycanda Reklam və Elanlar qurumu yaradılmalı, elanlar qəzetlərin tirajlarına əsasən onlara paylanmalı və bunun nəticəsində ədalətli pul bölümü gerçəkləşməlidir.
Toplantıda çıxış edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov dekabrın 21-də bələdiyyə seçkiləri ilə bağlı KİV və QHT nümayəndələrinin iştirakı ilə Dəyirmi Masa keçirməyi təklif etdi.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,393/lang,az/

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU İLLİK HESABAT AÇIQLAYIB

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU İLLİK HESABAT AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.