MEDİA HÜQUQU İNSTİTUTU İLLİK HESABAT AÇIQLAYIB

Bu gün (17 dekabr) Azərbaycan Media Mərkəzində Media Hüququ İnstitutu informasiya əldə edilməsi ilə bağlı illik hesabatının təqdimatını keçirdi.

MHİ-nin rəhbəri Rəşid Hacılı MHİ-nin  informasiya əldə etmək azadlığı sahəsində apardığı araşdırmaların ABŞ-ın Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən  dəstəkləndiyini  bildirdi. Daha sonra o hesabatın 2009-cu ildən aparılan araşdırmalara əsaslandığını,  MHİ-nin əməkdaşlarının, jurnalistlərin informasiya əldə etmək azadlığı sahəsində baş verən hadisələrin davamlı  monitorinq olunduğunu dedi. Onun sözlərinə görə, bu araşdırma çərçivəsində 2009-cu ildə qanunvericiliklə ictimai məlumat daşıyıcısı hesab olunan subyektlərə göndərilmiş 202 məlumat sorğusunun icra vəziyyəti monitorinq edilib.
MHİ-nin layihənin koordinatoru Xalid Ağaliyev bildirdi ki, məlumat sahibləri 202 sorğunun 58-nə cavab veriblər. Cavabların heç biri qısa zamanda təqdim edilməyib. 20 məlumat sorğusuna 7 iş günü ərzində cavab göndərilib. Bu cavabların 9-da məlumat sahibləri istənilən məlumatı verməkdən imtina ediblər. X.Ağaliyev sorğulara verilən 58 cavabdan 38-nin sorğuya 7 günlük müddət ötdükdən sonra göndərildiyini, həmin cavabların 33-nün natamam olduğunu, bu cavablarda istənilən 3 məlumatdan 1-nin sorğu ünvanlanan şəxsə təqdim olunduğunu əlavə etdi. Naxçıvan Muxtar Respublikasına göndərilən 13  məlumat sorğusundan 1-nə cavab göndərilib, o cavabda isə istənilən sənədin verilməsindən imtina olunub. Sorğu sahiblərinə ünvanlanmış 200 şifahi məlumat  sorğusundan 80-nə cavab almaq mümkün olub.

Foto:

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,392/lang,az/

Previous Post

PEN-KLUB GƏNC BLOGGERLƏRİ AZAD ETMƏYƏ ÇAĞIRIR

Next Post

“DÜŞÜNCƏ FABRİKASI” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TOPLANTI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.