REDAKTORLAR BİRLİYİ NÖVBƏTİ TOPLANTISINI KEÇİRİLİB

Bu gün (28 oktyabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində  Redaktorlar Birliyinin  növbəti toplantısı  keçirildi.

Toplantıda  çap mediasının  yayım  problemləri, “Xural” qəzetinin çapında yaranmış  son durum, “Ayna“- “Zerkalo” qəzetinin   və RATİ-nin əməkdaşı İdrak Abbasovun ailə üzvlərinə edilən təzyiqlər və eləcə də “Gündəlik Bakı ”qəzetini baş redaktoru Habil Vəliyevin DİN- nin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov tərəfindən hədələnməsi barədə  müazkirələr aparılaraq qərarlar  qəbul edilib.

Toplantıda çıxış edən  “Ayna“ – “Zerkalo” qəzetinin   və RATİ-nin əməkdaşı İdrak Abbasov bildirib ki  onun qardaşlarına qarşı Təcili Tibbi Yardım Mərkəzi(Semoşko) xəstəxana rəhbərliyi tərəfindən mühafizəçilərə verilən rəy əsasında qardaşları Raman Abbasov və Vaqif Abbasova qarşı  CM-nin  221.2.1(bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq) maddəsi ilə  Nəsimi Polis İdarəsində  təhqiqat  aparılaraq, bu günlərdə cinayət işinin açılacağı barədə ona məlumat verilib.

            İ. Abbasov  onu da bildirib ki, ailə üzvlərinə bədən xəsarəti yetirən, onları təhqir edən, ölümlə hədələyən, əmlaklarını məhv edən böyük bir dəstəyə  Azərbaycan Respublikasının CM- nin  128 (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə Binəqədi rayon Polis İdarəsi tərəfindən cinayət işi açılması barədə Binəqədi rayon Prokurorluğuna təqdimat verilib.

İ.Abbasov bununla razılaşmadığını və bütün bunları qanunsuz adlandırdığını bildirdi.

Öz növbəsində  İ.Abbasovun ailəsinin hüquqlarını müdafiə edən vəkil  Elçin Sadıqov bildirib ki,   221.2.1 (ictimai qaydada xuliqanlıq) maddəsində  ən yüngül cəza  3 ilədək islah işləri, ən maksimal isə  5 il  azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Vəkilin sözlərinə görə  bu maddə ilə qaldırılacaq cəza da İ.Abbasovun qardaşlarının həbs qəti-imkan tədbiri seçilməsi təhlükəsi var.

Vəkil İ.Abbasovun qohumlarını döyən, əmlaklarını məhv edən, onları ictimaiyyətin gözü önündə alçaldan şəxslərə qarşı isə ı CM-nin 128 (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə yüngül cəza (maksimum 6 ay müddətinə azadlıqdan məhrumetmə) nəzərdə tutan cinayət işi açılıb .Buna görə də vəkil bu cür  münasibəti ədalətsiz və qərəzli sayır.

Toplantının  digər  mövzusu “Gündəlik Bakı ”qəzetini baş redaktoru Habil Vəliyevə qarşı  DİN-nin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun hədələnməsi barədə  olub.

Habil Vəliyev  toplantıda çıxış edərək  bildirib ki, baş redaktoru olduğu qəzetin  bir gün əvvəlki saytında  Zaqatala  RPŞ-də anarxiyanın  hökm sürməsi barədə yazı dərc olunub. Bununla bağlı DİN-nin mətbuat xidmətinin əməkdaşı qəzetə  təkzib göndərərək həmin təkzibin  çap olunmasının  istəyib.

Habil Vəliyev Ehsan Zahidovun “təkzibi dərc etməsəniz,  beyninizi dağıdaram” deyə hədələdiyini qeyd edib.

Baş redaktor bununla bağlı   baş prokurorluğa, ölkə prezidentinə  və digər güc strukturlarına  müraciət edərək təhlükəsizliyinin təmin olunmasını xahiş etdiyini  redaktorlar birliyinin üzvlərinin nəzərinə çatdırıb.

Daha sonra da toplantıda  əmlakı müsadirə olunan “Xural”  qəzetinin baş redaktoru  Əvəz Zeynallı  danışıb.

Əvəz Zeynallı bir az əvvəl  RATİ-də keçirdiyi mətbuat konfransını  xatırladaraq bildirib ki, “Xural” qəzetinin əmlakının müsadirə olunmasının və digər qəzetə qarşı edilmiş təzyiqlərə səbəb Mətbuat Şurası olduğunu qeyd edib.

Əvəz Zeynallı  redaksiyanın əmlakının müsadirəsinin siyasi sifarişli olduğunu və məhkəmə icraçıları  icra vərəqəsi olmadan   icranı başlamasının qeyri-qanuni olduğunu vurğulayıb.

Əvəz Zeynallı  PA-rəhbəri Ramiz Mehdiyevin  iddiası ilə “Xural” qəzetinə 10 min manat  dəyərində cərimə  edildiyini bildirib. Buna görə Ə. Zeynallı həmçinin  təkzibin və kəsilən cərimənin ödənilməsinə belə imkan yaradılmadığını da vurğulayıb.

Bütün aparılan müzakirələrdən və çıxışlardan sonra məsələ ilə bağlı  3 qərar qəbul edib.

            Redaktorlar Birliyinin  üzvü “Azadlıq “qəzetinin baş redaktoru Qənimət Zahid  bildirib  ki, jurnalist İ. Abbasovun ailə üzvlərinə edilmiş təzyiqlərlə bağlı narahat olduqları üçün  DİN naziri Ramil Usubovla görüş keçirilməsi,  Xural Qəzetinin  fəaliyyətinə edilən maneələrlə bağlı  bəyanat qəbul etdiklərini və nəhayət “Gündəlik Bakı “qəzetinin baş redaktoru Habil Vəliyevin  məsələsinin araşdırılacağı barədə qərar qəbul ediblər. Sonda İ.Abbasovun məsələsi ilə bağlı məsələni müzakirə etmək üçün Redaktorlar Birliyi adından rəsmi qaydada Daxili İşlər Naziri Ramil Usubova müraciət edilib.

 

 

Previous Post

DEPUTATLIĞA NAMİZƏDLƏRİN ŞİKAYƏTLƏRİNƏ FORMAL BAXILIB

Next Post

“XURAL” QƏZETİNİN BAŞ REDAKTORU HƏBS EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.