MEHMAN ƏLİYEV VƏ “KÜR” QƏRARGAHI ÜZVLƏRİ SAAT YARIM POLİSDƏ SAXLANILIB

Yanvarın 7-də “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Gülalıyev və  “Turan” İnformasiya Agentliyinin direktoru  Mehman Əliyev  Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Mehman Əliyev bildirib ki, hadisə 2010-cu ilin mayında baş vermiş  daşqınlar zamanı zərərçəkən Novruzlu kəndi yaxınlığında baş verib. “Kəndin kənarında əhali ilə görüş zamanı gözlənilmədən polislər ora gəldilər və kobud şəkildə bizimlə davranaraq “siz cinayətkara oxşayırsınız” kimi  təhqirlərlə qərargah üzvlərini zorla polisə aparmaq istədilər. Sabirabad Polis Şöbəsinin rəisi ilə 1 saat 30 dəqiqə danışıqdan sonra  sərbəst buraxıldıq.  Polis “Kür” qərargahının Sabirabad rayon mərkəzində qapalı zalda Kür çayının 2010-cu ildə daşması nəticəsində regionda ziyan çəkmiş insanların iştirakı ilə seminar keçirməsinə icazə vermədi”, – deyə qeyd edən M.Əliyevin sözlərinə görə,  polislər tərəfindən qərargah fəalı Nəsrulla Nəsrullayevin videokamerası da sındırılıb.
Previous Post

VAXTİLƏ BAŞINDAN TRAVMA ALAN JURNALİSTİN GÖRMƏSİNDƏ PROBLEM YARANIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.