NEFT AKADEMİYASININ DİVARLARINDAN HƏLAK OLANLARLA BAĞLI YAZILMIŞ XATİRƏ YAZILARI SİLİNDİ

30 apreldə silahlı basqın nəticəsində həlak olmuş şəxslərin xatirəsinə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) qarşısında qoyulmuş güllər, yandırılmış şamlar və yazılmış şüarlar dünən (04 may) yığışdırıldı. Buna etiraz edən bir neçə tələbə polis tərəfindən saxlanılıb.

Tələbələrin bildirdiyinə görə, ölkədə matəm elan olunmamasına və gül bayramının keçirilməsinə etiraz bildirən şüarlar yazan və ya yapışdıran tələbələr polislər tərəfindən polis bölməsinə aparılıblar.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, ADNA-nın rəhbərliyi Nəsimi rayon polis idarəsinə müraciəti əsasında tələbələr saxlanılıb: “ADNA-nın fasadı tələbələr və digər vətəndaşlar tərəfindən yazılaraq korlandığından, ali məktəbin rəhbərliyi bunun qarşısının alınması üçün polisə müraciət edib. Polisin müdaxiləsinə etiraz edən bir neçə tələbəyə isə xəbərdarlıq edildikdən sonra buraxılıblar.”
Qeyd edək ki, ali məktəb binasının qarşısında təmizləmə əməliyyatı bu gün də davam edib. Əsasən həlak olan tələbələrin xatirəsinə yazılmış yazılar və ölkədə matəm elan olunmamasına, həmçinin 10 mayda gül bayramının keçirilməsinə etiraz edən şüarlar divarlardan silindi və silinməsi mümkün olmayan yerlər isə rəngləndi.
Xatırladaq ki, 30 aprel saat 9.30 radələrində ADNA-nın 2 saylı tədris binasına edilmiş silahlı basqın nəticəsində 13 nəfər ölmüş, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Previous Post

HAKİM İDDİANI İCRAATA GÖTÜRMƏDİ

Next Post

NEFT AKADEMİYASININ DİVARLARINDAN HƏLAK OLANLARLA BAĞLI YAZILMIŞ XATİRƏ YAZILARI SİLİNDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.