HAKİM İDDİANI İCRAATA GÖTÜRMƏDİ

Bu gün (5 may) Yasamal rayon məhkəməsində hakim Südabə Məmmədovanın sədrliyi ilə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin “Təzadlar” qəzetinin baş redaktoru Asif Məzili və müstəqil jurnalist Zümrüd Məmmədovaya qarşı Cinayət Məcəlləsinin (CM) 147 və 148 maddələrinə əsasən xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.

İclasda cavabdehlər və onların vəkilləri – Ramiz Məmmədov, Media Hüquqları İnstitutunun vəkili Elçin Sadıqov və Beynəlxalq Hüquq təşkilatının vəkili Bulud Həsənov iştirak edirdi. Artıq ikinci dəfə iddiaçı tərəfdən hazırlıq iclasında heç kim iştirak etmədiyi üçün hakim S.Məmmədova işi icraata götürməkdən imtina etdi.
Qeyd edək ki, iddiaçı məhkəmədən “Təzadlar” qəzetinin bağlanmasını, hər iki jurnalistin iddiada göstərilən maddələrlə təqsirli bilinərək həbs olunmasını və dəymiş mənəvi ziyana görə hər birindən 30 min manat təzminatın ödənilməsi haqqında qərarın çıxarılmasını xahiş etmişdi. İddiaya qəzetin 19-26 avqust 2008-ci il tarixli saylarında “Mahir Abdullayev Bakıdadır?” başlıqlı və bu mövzuda dərc olunan digər məqalələr səbəb olmuşdu.
Xatırladaq ki, “Təzadlar” qəzetinin baş redaktoru A. Mərzili, Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şərəf və ləyaqətin müdafiəsi maddələri ilə qaldırdığı iddia əsasında Yasamal Rayon Məhkəməsinin qərarı ilə 7 aprel tarixində 1 il müddətinə azadlıqdan məhrum edilmiş və 2 gün sonra – 9 apreldə Apellyasiya məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı.
Previous Post

MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNDİRİLİB

Next Post

NEFT AKADEMİYASININ DİVARLARINDAN HƏLAK OLANLARLA BAĞLI YAZILMIŞ XATİRƏ YAZILARI SİLİNDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.