“MƏRKƏZ” QƏZETİNİN MÜXBİRİ FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDIĞINI BİLDİRİR

Oktyabrın 31-də “Mərkəz” qəzetinin əməkdaşı Coşqun Əliyev  peşə fəaliyyətini yerinə yetirərkən fiziki hücuma məruz qalıb. Bu  barədə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.

C. Əliyevin sözlərinə görə, qəzetin redaksiyasına Nizami rayon, K.Balakişiyev  küçəsi 24 ünvanında küknar ağaclarının kəsilməsi ilə bağlı məlumat daxil olub və o da ərazidə hadisə ilə bağlı  araşdırma apararkən köhnə 4 saylı Taksi dayanacağının rəhbəri Emin Abbasovun təzyiqinə məruz qalıb:
“Ərazinin nəzarətçisinə rəhbərlikdən müsahibə almaq istədiyimi dedim. O, müdirə müraciət edəcəyini dedi. Bir neçə dəqiqədən sonra özünü müdir kimi təqdim edən Emin Abbasov müsahibə verməyə razılaşdı. Daha sonra məni müdirin iş otağına dəvət etdilər. Otaqda müdirlə bərabər digər şəxslərdə var idi. Müsahibə əsnasında Abbasov əsəbiləşdi və üstümə qəzəblənərək, susmağımı tələb etdi. Buna etirazımı bildirəndə isə, onlar məndən ərazidə kəsilən ağacların yerini göstərməyimi tələb etdilər. Dəhliz boyu hərəkət edərkən qəfildən Emin Abbasovun zərbəsinə məruz qaldım. Müvazinətimi itirərək dəhlizin divarına söykəndim. Dana sonra, ətrafda olan işcilər Abbasovu öz iş otağına apardılar. İşçilər isə müdirin əsəbi və psixoloji problemləri olduğunu deyərək ərazini təcili tərk etməyimi istədilər”, – deyə jurnalist qeyd etdi.
Xatırladaq ki, “Mərkəz” qəzetinin sahibi Milli Məclisin sabiq deputatı Gülər Əhmədovadır.

Previous Post

EKSPERTLƏR İNTERNET SAHƏSİNDƏKİ VƏZİYYƏTİ TƏNQİD EDİR

Next Post

DÖVLƏT SƏRHƏD XİDMƏTİ “YENİ MÜSAVAT”DAN 50 000 MANAT TƏLƏB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.