MİKLOŞ HARAŞTİ HƏBSDƏ OLAN JURNALİSTLƏRƏ BAŞ ÇƏKİB

ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti dünən (8 sentyabr) 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə (Zahidov) və 12 saylı cəzaçəkmə müəssisəsində saxlanan “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə baş çəkib. Görüş zamanı ATƏT nümayəndəsi jurnalistlərin saxlanma şəraiti və onların səhhəti ilə maraqlanıb.

 M.Haraşti sentyabrın 7-də Azərbaycanın  KİV və jurnalist təşkilatlarının rəhbərləri ilə nümayəndələri ilə görüş keçirib. Qapalı keçən görüş zamanı Azərbaycanda  söz və mətbuat azadlığı sahəsində olan problemlərə və həbsdə olan gənc bloqçularla bağlı məsələlər müzakirə olunub. Görüşdə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov, Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı, media eksperti Zeynal Məmmədli, “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov və satirik yazar Mirzə Sakit (Zahidov), İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev və "Azadlıq" radiosunun Bakı ofisinin rəhbəri Xədicə İsmayılova və Azərbaycan Media Mərkəzinin rəhbəri Elşad Fərzəliyev  iştirak ediblər.
Previous Post

MEDİA İLƏ BAĞLI KİTABIN TƏQDİMATI KEÇİRİLİB

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN SAYTINA HAKER HÜCUMU OLUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.