“YENİ MÜSAVAT” QƏZETİNİN SAYTINA HAKER HÜCUMU OLUB

Dünən (10 sentyabr) “Yeni Müsavat” qəzetinin musavat.com saytına haker hücumu olub. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  musavat.com portalının redaktoru Xalid Kazımlı məlumat verib.

X. Kazımlının bildirdiyinə görə,  qəzetin veb-texnikləri saat 14:00-dan başlayan haker hücumunun qarşısını ala bilsələr də, sayt 16:30-dan 19:00-a kimi müvəqqəti olaraq fəaliyyətini dayandırıb:
“Qəzetimizin veb masterləri bütün zəruri tədbirləri gördükdən sonra sayt öz fəaliyyəti bərpa edib. Məsələ ilə bağlı araşdırma apararaq müəyyən etdik ki, sayta hücumun səbəbi Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən vəhşicəsinə döyülən sürücü ilə bağlı videorolikin sayta yerləşdirilməsidir. Buna görə də videoroliki bir neçə gün müddətinə saytdan çıxarmağa qərar vermişik” – söyləyən X. Kazımlı məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Kibercinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət edəcəklərini  bildirdi.

Previous Post

MİKLOŞ HARAŞTİ HƏBSDƏ OLAN JURNALİSTLƏRƏ BAŞ ÇƏKİB

Next Post

PƏRVİZ ƏZİMOVUN UNİVERSİTETƏ QARŞI İDDİASI TƏMİN OLUNDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.