ANAR MƏMMƏDOV “GÜNDƏM XƏBƏR”DƏN 30 MİN MANAT TƏLƏB EDİR

             Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun “Gündəm Xəbər” qəzetinə qarşı iddiasına əsasən məhkəmə prosesi keçirilib. Hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesdə Məmmədovun nümayəndəsi Nihad Axundov iddiaya səbəb olmuş “Nazir oğlu dəmir yol xəttini ələ keçirdi” və “Anar Məmmədova məxsus avtobus qəzaya uğradı” başlıqlı yazılarda qeyd edilənlərin həqiqətə uyğun olmadığını bildirib. O, Anar Məmmədovun rəhbərlik etdiyi biznes sahələri içərisində nəqliyyat sahəsinin olmadığını iddia edib.

            “Gündəm Xəbər” qəzetinin nümayəndəsi Nəsimi Şərəfxanlı isə dəmir yol xətti ilə bağlı məlumatları qatar bələdçisindən əldə etdiklərini, avtobusla bağlı məlumatın isə digər internet portallardan götürüldüyünü bildirib.
Proses 7 noyabr saat 16:30-da davam etdiriləcək.
Xatırladaq ki, Anar Məmmədov adıçəkilən məqalələrlə bağlı ona dəymiş mənəvi zərərə görə “Gündəm Xəbər” qəzetindən 30 min manat tələb edir.

Previous Post

TALEH XASMƏMMƏDOV CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLDÜ

Next Post

FƏVVARƏLƏR MEYDANINDA MÜXALİFƏTİN ETİRAZ AKSİYASI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.