TALEH XASMƏMMƏDOV CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLDÜ

Oktyabrın 18-də "Qanun və Hüquq-2010" MMC-nin sədri, hüquq müdafiəçisi, bloger Taleh Xasməmmədov saxlanıldığı 3 saylı İstintaq Təcridxanasından 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Bu barədə bu gün (19 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Xasməmmədovun  vəkili  Əssabəli Mustafayev məlumat verib.

Vəkil Ə. Mustafayev RATİ-yə açıqlamasında məhkəmə hökmünün qüvvəyə mindiyi gündən həbs olunmuş şəxsin cəzaçəkmə müəssisinə köçürülməsinin qanunla müəyyən olunmuş hal olduğunu bildirib.   

Xatırladaq ki, Taleh Xasməmmədov 2011-ci il noyabrın 12-də həbs olunub. O polisin otağında xuliqanlıq etməkdə günahlandırılır və barəsində Cinayət Məcəlləsinin 221.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) və 221.3 (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Daha sonra isə ona qarşı 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi üzrə ittiham irəli sürülüb. Aprelin 20-də Kürdəmir rayon məhkəməsi onun 4 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Taleh Xasməmmədov və qarşı tərəfin verdikləri apellyasiya şikayəti eyni icraatda birləşdirilib. Oktyabrın 9-da bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİ TƏZYİQLƏ ÜZLƏŞİR

Next Post

ANAR MƏMMƏDOV “GÜNDƏM XƏBƏR”DƏN 30 MİN MANAT TƏLƏB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.