XARİCİ İŞLƏR NAZİRLİYİ, MİLLİ MƏCLİS APARATI VƏ BAŞ PROKURORLUQ MƏHKƏMƏYƏ VERİLİB

           “Demokratiya üçün musiqi” layihəsi çərçivəsində İnsan Hüquqları Klubu tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarova, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyeva və Baş Prokuror Zakir Qaralova ünvanlanan sorğular cavablandırılmadığından məhkəməyə müraciət edilib.

XİN-ə göndərilən sorğu ilə Azərbaycanda viza qaydalarının sadələşdirilməsi və bu qaydaların detalları, Milli Məclis Aparatına göndərilən sorğu ilə jurnalist Taleh Şahsuvarlının parlamentin sessiyasına akkreditasiya edilməməyinin səbəbləri və detalları və Baş Prokurorluğa göndərilən sorğu ilə isə sosial şəbəkələrin tənzimlənməsi məsələsinə bu qurumun rəsmi münasibəti və digər suallara cavab istənilib.

Qanunvericiliklə nəzərdə tutulan müddət (7 iş günü) keçdiyindən hər üç iş üzrə 1 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim edilib. XİN-ə qarşı olan iş üzrə 5 dekabr saat 14.00-da hakim İlham Əhmədovun sədrliyi ilə proses keçiriləcək.   

 

 

Previous Post

AMNESTY İNTERNATİONAL TƏŞKİLATININ TƏMSİLÇİSİ CON DALHİZEN İLƏ MÜSAHİBƏ

Next Post

TƏLƏBƏ-JURNALİSTİN İDDİASI İCRAATA GÖTÜRÜLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.