TƏLƏBƏ-JURNALİSTİN İDDİASI İCRAATA GÖTÜRÜLMƏDİ

Dünən (16 noyabr) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Vüsalə Baxışovanın sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş tələbə-jurnalist  Elmin Bədəlovun ADNA-ya qarşı “İddiaçının akademiyanın tələbələr sırasına bərpa edilməməyinin qanunsuz hesab edilməsi və iddiaçının tələbələr arasına bərpa edilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması”na dair iddia üzrə işin icraatına xitam verib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Bədəlovun özü məlumat verib.

Xatırladaq ki,  “Yeni müsavat” qəzetinin əməkdaşı  Elmin Bədəlov 19 yanvar 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasından xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə təhsil müəssisəsindəki rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında  “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. Pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və  rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb. 2 iyul 2010-cu il tarixində Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 5 aprel 2010-cu il tarixli qərarının qüvvədə saxlayaraq, şikayəti təmin etməyib. Ali Məhkəmə 23 noyabr 2010-cu il tarixində kassasiya şikayətinin təmin edilməməsi barədə qərar verib. ADNA və onun rektoruna qarşı  ikinci məhkəmə iddiasını   Nəsimi rayon Məhkəməsi 2 fevral 2011-ci ildə təmin etməyib. 2 iyun 2011-ci il tarixdə bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.

 

Previous Post

XARİCİ İŞLƏR NAZİRLİYİ, MİLLİ MƏCLİS APARATI VƏ BAŞ PROKURORLUQ MƏHKƏMƏYƏ VERİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.