DAXİLİ İŞLƏR NAZİRLİYİ KÜTLƏVİ AKSİYALARA MÜLKİ GEYİMLİ POLİSLƏRİN CƏLB OLUNMASINI TƏSDİQLƏDİ

Daxili İşlər Nazirliyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) informasiya sorğusunu cavablandırıb.

Qeyd edək ki, Son bir neçə ay ərzində keçirilən etiraz aksiyalarında xidməti geyimdə olan polislərlə yanaşı, mülki geyimli şəxslər də aksiyanın qarşısının alınmasında iştirak edirlər. Bu şəxslər aksiya iştirakçılarının saxlanaraq həbs olunmasında iştirak etməklə yanaşı, jurnalistlərin də peşə fəaliyyətinə mane olur, onlara qarşı fiziki təzyiqlər göstərirlər. Onlar polis olduqlarını inkar edir və sıravi vətəndaş olduqlarını iddia edirlər. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Ehsan Zahidov mətbuata müsahibəsində bildirmişdi ki, polisin ictimai asayişi qorumaq üçün kütləvi aksiyalarda mülki geyimdə olması qanunsuzdur və rəsmi qaydada heç bir mülki geyimlinin xidmətindən istifadə olunmayıb.
DİN mətbuat Xidmətinin rəisi Sadiq Gözəlov isə mükil geyimli polis əməkdaşlarının kütləvi aksiyaların qarşısının alınmasına cəlb olunmasını qanunauyğun adlandırıb. Belə ki, RATİ DİN mətbuat Xidmətinin rəisi Sadiq Gözəlova informasiya sorğusu ilə müraciət edərək, kütləvi aksiyalarda polislə yanaşı mülki formada aksiyanın qarşısını alan şəxslərin kimliyi, həmçinin Daxili İşlər Nazirliyinin belə şəxslərin müəyyən olunması üçün hansı addımlar atması barədə məlumat istəmişdi. Nazirliyin mətbuat xidmətinin rəisi Sadiq Gözəlovun imzaladığı və RATİ-yə bu gün (07 iyun) daxil olan cavab məktubunda bildirilir:  
“Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununun 12-ci maddəsinin VIII bəndinə əsasən, toplantının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsidir. Həmin qanunun 14-cü maddəsində toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının hüquqları təsbit olunmuşdur.
Kütləvi aksiyalar zamanı cinayətkar məqsədlər güdən, təxribat törətmək niyyətli şəxslərin aksiya iştirakçılarının sıralarına qatılmaması, toplantının arzuolunmaz nəticələrə gətirib çıxarmaması, o cümlədən kütləvi iğtişaşa çevrilməməsi üçün belə tədbirlərə əməliyyat strukturlarının mülki geyimli olan əməkdaşları da cəlb edilirdilər.”

Previous Post

MTRŞ-YƏ QARŞI İDDİALAR ÜZRƏ MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ DAVAM EDİR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.