ƏDLİYYƏ NAZİRLİYİ QHT-Nİ QEYDİYYATA ALMAQDAN BEŞİNCİ DƏFƏ İMTİNA EDİB

     Ədliyyə Nazirliyi Televiziya və Alternativ Media İnkişaf Mərkəzi (TAMİM) İctimai Birliyini dövlət qeydiyyatına almaqdan beşinci dəfədir ki imtina edir.

Bu barədə bu gün (14 dekabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Birliyin sədri Rəsul Cəfərov qeydiyyata alınması üçün göndərilən sənədlərin dünən icra olunmadan geri qaytarıldığını vurğulayıb. Onun sözlərinə görə, bu artıq beşinci imtinadır və hər dəfə imtina üçün müxtəlif əsassız nöqsanlar göstərilir, halbuki qanunvericiliyə görə bütün nöqsanlar bir yerdə göstərilməlidir.

           

TAMİM sədri birləşmək hüququnun pozulması ilə bağlı artıq iddia ərizəsinin hazırlandığını və həftə sonuna kimi Yasamal Rayon Məhkəməsinə təqdim ediləcəyini də əlavə edib.   

Previous Post

QHT İCTİMAİYYƏT ƏLAQƏLƏRİNƏ DAİR TOPLANTI KEÇİRİLİB

Next Post

JURNALİSTİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.