JURNALİSTİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (14 dekabr)  Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə jurnalist Gülnaz Qənbərlinin “Sevinc Osmanqızının jurnalı” jurnalının  baş redaktoru Sevinc Osmanqızına (Mirzəyeva) qarşı iddiasına əsasən  apellyasiya şikayətinə baxılıb. Hakim İ. Hüseynov şikayətin təmin edilməməyi barədə qərar verib.

Gülnaz Qənbərlinin vəkili Elmar Süleymanov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) hakimin bu qərarının ədalətli olmadığını və bu qərardan kassasiya şikayəti verəcəklərini bildirdi.

Qeyd edək ki, jurnalist Gülnaz Qəmbərli 2009-cu ilin aprel ayından oktyabr ayınadək “Sevinc Osmanqızının jurnalı”nda işlədiyini, amma  işdən çıxdıqdan sonra baş redaktor Sevinc Osmanqızı bu barədə onun əmək kitabçasında qeyd aparmaqdan imtina etdiyini iddia edərək məhkəməyə müraciət edib. 27 iyul 2010-cu il tarixində Yasamal rayon Məhkəməsi iddianın təmin edilməməyi barədə  qərar çıxardıqdan sonra G. Qənbərli qərardan apellyasiya şikayəti verib.

Previous Post

ƏDLİYYƏ NAZİRLİYİ QHT-Nİ QEYDİYYATA ALMAQDAN BEŞİNCİ DƏFƏ İMTİNA EDİB

Next Post

DEPUTATlIN İDDİASI İLƏ JURNALİST 20 MİN MANAT MƏBLƏĞİNDƏ CƏRİMƏ EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.