MTN Elmar Hüseynovun qətli ilə bağlı açıqlama verib

Milli Təhlükəsizlik Nazirliyi (MTN) “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı cinayət işinin gedişatı üzrə  açıqlama verib. Məlumatda qətli törətməkdə şübhəli bilinən şəxslərin barəsində əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi bildirilib.

“Elmar Hüseynovun qətlinin törədilməsində Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanovun iştirakları sübuta yetirilib. Bu şəxslərin təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmaları üçün barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib. İstintaq orqanı Azərbaycan Baş Prokurorluğu vasitəsilə Gürcüstanın Baş Prokurorluğuna bu cinayət işi ilə bağlı hüquqi yardımın göstərilməsi, Teymuraz Əliyev və Tahir Xubanovun tutulub ekstradisiya olunması barədə 6 vəsatət göndərib. Əməliyyat-istintaq qrupunun üzvləri həmin vəsatətlərin icrası ilə əlaqədar dəfələrlə Gürcüstana ezam ediliblər. İstintaq qrupu Gürcüstanın hüquq-mühafizə orqanları vasitəsilə çoxsaylı istintaq hərəkətləri, o cümlədən dindirmələr, baxışlar, axtarışlar, götürmələr həyata keçiriblər. Gec-tez onlar tutulub istintaqa veriləcək”, – deyə  məlumatda bildirilir.

Xatırladaq ki, 2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, 8 il keçməsinə baxmayaraq, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.


Previous Post

Qətlindən səkkiz il keçməsinə baxmayaraq Elmar Hüseynov üçün ədalət hələ də təmin olunmayıb

Next Post

Mərhum jurnalist məzarı başında yad edildi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.