Vergilər Nazirliyi “Gündəm Xəbər”dən 133500 manat istəyir

1343037316_shirin-ceferi

Fevralın 5-də Bakı 1 saylı İnzibati iqtisadi Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə “Gündəm Xəbər” qəzetinin Vergilər Nazirliyi yanında Audit Departamentinə qarşı iddiasına əsasən proses keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktoru Şirin Cəfəri məlumat verib. O, iş üçün zəruri olan bütün sənədlərin məhkəməyə təqdim edildiyini və növbəti prosesin 8 fevral saat 16:00-da keçiriləcəyini deyib.

Xatırladaq ki, Vergilər Nazirliyi yanında Audit Departamenti 2011-ci ilin avqust ayında “Gündəm Xəbər” qəzetində yoxlama apararaq qəzetə 68244 manat vergi borcu yazıb. Hazırda isə faizlərlə birlikdə həmin borcun məbləği 133500 manata çatıb. Qəzet bu borcun qanunsuz hesab edilməsi iddiası ilə məhkəməyə müraciət edib.

Previous Post

Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşdı

Next Post

“Xəyal” TV əməkdaşlarının cinayət işi üzrə proses şahid ifadələri ilə davam edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.