RADİOLARIN MONİTORİNQİ APARILACAQ

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən radioların monitorinqini aparmaq üçün lazımi avadanlıqlar alınıb və hal-hazırda onların quraşdırma işləri aparılır.

Bu barədə bu gün (1 aprel)Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov məlumat verib. Onun sözlərinə görə radiolarda monitorinq “Televiziya və radio yayımı haqqında” qanunun icrasını yoxlamaq məqsədilə aparılacaq.
T. Dadaşov həmçinin bildirib ki, avadanlıqlar quraşdırıldıqdan sonra aparılacaq monitorinq zamanı radiolarda qanun pozuntusu aşkarlanarsa qanunun tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Previous Post

ELAN!

Next Post

ZÖHRAB İSMAYIL İDDİA ƏRİZƏSİNİ GERİ GÖTÜRÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.