ZÖHRAB İSMAYIL İDDİA ƏRİZƏSİNİ GERİ GÖTÜRÜB

“Azad İqtisadiyyata Yardım” Mərkəzinin rəhbəri Zöhrab İsmayıl (İsmayılov)  informasiya sorğusunu cavablandırdığına görə Dövlət Statistika Komitəsinə qarşı qaldırdığı  iddia ərizəsini geri götürüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ) “Media Hüquqları İnstitutu”nun vəkili, idiaçının səlahiyyətli nümayəndəsi Fariz Namazlı verib: “Dövlət Statistika Komitəsi informasiya sorğusunu cavablandırdığına görə bu gün (1 aprel) Yasamal rayon məhkəməsindən iddianı geri götürdük və hakim Tahir İsmayılov işə xitam verdi.”
Xatırladaq ki,  “Azad İqtisadiyyata Yardım” Mərkəzinin rəhbəri Zöhrab İsmayıl (İsmayılov)  informasiya sorğusunu cavablandırmadığına görə, Yasamal rayon məhkəməsində Dövlət Statistika Komitəsinə qarşı iddia qaldırmışdı.
Previous Post

RADİOLARIN MONİTORİNQİ APARILACAQ

Next Post

VƏKİL CƏZAÇƏKMƏ MÜƏSSİSƏ RƏHBƏRİNİN QANUNSUZ HƏRƏKƏTİNDƏN ƏLAVƏ ŞİKAYƏT ƏRİZƏSI VERƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.