AZTV EFİRİNİN BÖYÜK HİSSƏSİ PREZİDENTƏ VƏ HAKİM PARTİYAYA HƏSR OLUNUR

“Yeni nəsil” Jurnalistlər Birliyi seçkiqabağı kampaniyanın və prezident seçkisinin mətbuatda necə işıqlandırıldığını qiymətləndirmək

üçün “Azad və ədalətli seçkilər” proqramı çərçivəsində monitorinq keçirir.  7 telekanalın (ANS, ATV, AzTV, İtv, Lider, Space, Xəzər) hər gün saat 18.00-dan 24.00-dək olan verilişlərin və 6 gündəlik qəzetin (“Azadlıq”, “Azərbaycan”, ”Yeni Müsavat”, ”Xalq qəzeti”, ”Zerkalo”, “525-ci qəzet”) bütün materiallarının monitorinqi aparılır.
         “Mediaforum” saytının məlumatına görə, birlik bu gün monitorinqin ilk ongünlüyündə əldə olunan nəticəni açıqlayıb. Nəticələrə görə, telekanalın efir vaxtının  əsas hissəsi YAP üzvü olan siyasilər və hökümət nümayəndələri, habelə prezidentin fəaliyyətinə həsr olunan materiallara ayrılır, alternativ siyasi partiyalara isə az diqqət yetirilir. Bu hal telekanallar arasında ən çox AzTV-də müşahidə olunub (86 faiz).
          Eyni zamanda dövlət qəzetlərində prezident və YAP üzvlərinin fəaliyyətinin işıqlandırılması üstünlük təşkil edib (89-90 faiz). Bunun əksinə olaraq özəl qəzetlər daha çox pülüralizmi qoruyublar və həm müxalifət, həm də hakim partiya nümayəndələrinə     səhifələrində     yer     veriblər.  

Previous Post

Elmar Huseynovun məzarı önündə anım mərasimi

Next Post

İDMAN TELEKANALINI AZTV AÇACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.