İDMAN TELEKANALINI AZTV AÇACAQ

 Milli Televiziya və Radio Şurasının (MTRŞ) idman telekanalı ilə bağlı keçirdiyi müsabiqənin qalibi bu gün (17 iyul) bəlli oldu.

MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədovun RATİ-yə verdiyi məlumata görə müsabiqənin qalibi AzTV elan edilib. Onun sözlərinə görə AzTV “Televiziya və Radio Yayımı” haqqında Qanunun 15.5-ci maddəsinin şərtlərinə əsasən qalib elan olunub. Belə ki, AzTV digər rəqiblərindən maddi texniki bazasına, yüksək peşəkarlığına və idman sahəsindəki təcrübəsinə görə fərqlənib.

            Xatırladaq ki, Azərbaycanda idman telekanalının açılması ilə bağlı müsabiqəyə üç iddiaçı – "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti  (AzTV Sport), "Lider" kanalı ("Olimp" TV) və "Rebrandinq" MMC (Sport Kanal Klub – SKC) sənəd təqdim etmişdi.

*“Televiziya və Radio Yayımı” haqqında Qanunun 15.5-ci maddəsi:                       15.5. Xüsusi razılıq (lisenziya) üçün müsabiqə keçirilərkən aşağıdakılar nəzərə alınır:
15.5.1. iddiaçının göstəricilərinin müsabiqə şərtlərinə uyğunluğu;
15.5.2. teleradio yayımını həyata keçirmək üçün iddiaçının yaradıcılıq və texniki imkanları;
15.5.3. açıq dinləmələrin və digər müsabiqə prosedurlarının nəticələri.

Previous Post

AZTV EFİRİNİN BÖYÜK HİSSƏSİ PREZİDENTƏ VƏ HAKİM PARTİYAYA HƏSR OLUNUR

Next Post

“BAKI XƏBƏR” QƏZETİNƏ QARŞI İDDİA TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.