Bu barədə RATİ-yə Yaşar Ağazadə məlumat verdi:
”2007-ci ildə Cəlal Əliyevin iddiası əsasında təxminən 5 ay müddətinə həbs olunanda, R.Kəbirlini və məni Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 1 saylı istintaq təcridxanasında əlverişsiz şəraitdə, təlimatlara uyğun olmayan və ləyaqəti alçaldan formada saxlayıblar. İddia ərizəmizin məğzi də 1 saylı istintaq təcridxanasındakı kameraların quruluşu, kamerada yataq yerlərində artıq dustaqlarının saxlanılması, keyfiyyətsiz qida rasionu ilə bağlı iddiadan ibarətdir.

Proses zamanı iddia ərizəsində göstərdiyimiz 5 vəsatətin 4-ü təmin olundu, biri isə açıq saxlanıldı. Təmin olunan vəsatətlərlə bağlı hakim Elnur Həsənov cavabdeh tərəfin üzərinə öhdəlik qoydu ki, növbəti prosesdə saxlandığımız kameranın sxemi, ölçüsü, quruluşu və gündəlik qida rasionu ilə bağlı sənədləri məhkəməyə təqdim etsinlər” – deyən Y.Ağazadə qeyd etdi ki, prosesdə Penitensiar Xidmətinin və 1 saylı istintaq təcridxanasından nümayəndəsi iştirak etsə də, Ədliyyə Nazirliyinin özündən nümayəndə olmayıb.
Növbəti proses 16 fevral saat 15:30-a təyin edildi.