BİR-NEÇƏ QƏZETİN SATIŞ QİYMƏTİ BAHALAŞIB

Sentyabrın 1 və 2-dən Azərbaycanda nəşr olunan 6 gündəlik qəzetin satış qiyməti 10 qəpik artırılıb.

Bu barədə RATİ-yə qiyməti artmış “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev məlumat verdi. Onun sözlərinə görə “Azadlıq”, “Bizim yol”, “Bakı xəbər”, “Futbol+”, “Het Trik” və “Çempion” qəzetləri satış qiymətlərinin cəmi 10 qəpik qaldırıblar. Hazırda isə həmin qəzetlər 40 qəpiyə satılır.

“Qəzetlərin yaxın aylarda maliyyə durumu olduqca cətin vəziyyətə düşə bilər və bunu önləmək ücün qəzetlərin qiymət islahatı keçirməsinə ehtiyacı var”, – deyə qeyd edən A.Quliyevin sözlərinə görə, yaxın gələcəkdə həm çap xərcləri, həm də Azərbaycan Nəşriyyatında kirayə haqqının artacağı da gözlənilir.

Amma Azərbaycan Nəşriyyatından adının çəkilməsini istəməyən mənbə RATİ-yə 2008-ci ilin sonuna qədər nə çap xərclərinin, nə də redaksiyalar üçün verilmiş ofislərin kirayə haqqlarının artırılmasının gözlənilmədiyini söylədi.

Previous Post

AZƏRBAYCANDA DİNİ İNTERNET RADİO AÇILIB

Next Post

“MÜXALİFƏT” QƏZETİ FƏALİYYƏTİNİ BƏRPA EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.