SƏSVERMƏ GÜNÜ ÇOXSAYLI JURNALİST TƏZYİQLƏ ÜZLƏŞİB

07 noyabr 2010-cu il tarixində Azərbaycan Milli Məclisinə keçirilən seçkilər zamanı seçki komissiyaları üzvləri, polisin və digər icra strukturları nümayəndələrinin  jurnalistlərin peşə fəaliyyətinə mane olublar.


Belə ki,   “Azadlıq” radiosunun müxbiri Nüşabə Fətullayeva 16 saylı Yasamal 2-ci seçki dairəsinin 14 saylı məntəqəsində Ordubadda qeydiyyatda olan şəxsin səs verməsinin şahidi olub və bunu video görüntüyə alarkən,  məntəqə seçki komissiyasının üzvləri tərəfindən təzyiqə məruz qalıb. Jurnalistdən video görüntünü silməyi tələb ediblər.

 15 saylı Yasamal seçki dairəsinin 5-ci seçki məntəqəsində, 16 saylı Yasamal 2-ci seçki dairəsinin 15-ci məntəqəsində “Ayna-Zerkalo” qəzetlərinin müxbiri İdrak Abbasova özünü dairə seçki komissiyasının üzvü kimi təqdim edən şəxs foto çəkiliş aparmağa icazə verilməyib.

 “Azadlıq” radiosunun və “Turan” ın Naxçıvan üzrə müxbiri Məlahət Nəsibova isə  4 saylı Naxçıvan Seçki Dairəsinin 7-ci seçki məntəqəsinə  buraxmayıb.

 RATİ-nin və “Yeni Müsavat” qəzetinin Naxçıvan bölgəsindəki müxbiri Həkimeldostu Mehdiyevə isə  Şərur rayon 2 saylı Dairə Seçki Komissiyası üzrə  müşahidə aparmasına icazə verilməyib.

 16 saylı seçki dairəsinin 15-ci seçki məntəqəsində səsvermə prosesini izləyən RATİ əməkdaşı Şövkət Qasımova (Yüsifqızı) eyni şəxslərin təkrar səsvermədə iştirakını aşkarladığı üçün məntəqə və özünü müşahidəçi kimi təqdim edən şəxslərin təzyiqi ilə məntəqədən çıxarılıb.

31 saylı seçki dairəsinin 16 saylı məntəqə seçki komissiyasında isə səslərin sayılması zamanı RATİ əməkdaşı Nizami Cəfərov və “Azadlıq” qəzetinin əməkdaşı Natiq Güləliyev polis tərəfindən məntəqədən zorla çıxarılaraq Suraxanı rayon Məhkəməsinə aparıblar. Saat 22.32-də saxlanılan jurnalistlərə saat 04.05-də məhkəmə hökmü oxunularaq onların müşahidəçi statusuna xitam verilib. Qanunla 3 saatdan artıq kimsənin məhkəmə qərarı ilə həbsdə saxlanılması yolverilməz olsa da jurnalistlər 5 saatdan həbsdə saxlanılıblar.  

 9 saylı Binəqədi 2-ci seçki dairəsinin 10-cu məntəqəsinə RATİ əməkdaşları Rasim Əliev, Qalib Həsənov və Ədalət Əhmədov buraxılmayıblar. 29 saylı dairə seçki komissiyasının 8-ci məntəqəsindən isə RATİ əməkdaşı Rasim Əliyev polis tərəfindən məntəqədən çıxarılıb.

Previous Post

JURNALİSTİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARI SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN BİR QRUP QEYRİ – HÖKUMƏT TƏŞKİLATININ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.